Oğuz Çətin: "Favoritim Almaniyadır"
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin DÇ-2014-dəki favoritini açıqlayıb.

O, Almaniyanın dünya kubokunu qazanacağına əmin olduğunu deyib:

"Qrup oyunlarında matçlar bir qədər sönük keçdi. Ancaq 1/8 final görüşləri daha maraqlı olacaq. DÇ-2014-də Cənubi Amerika ilə Avropa təmsilçiləri arasında güclü rəqabətin olacağını düşünürəm. Braziliya, Argentina, Çili, Uruqvay kimi komandalar böyük uğur əldə edə bilərlər. Avropadan isə Almaniya, Fransa və Hollandiya dünya kubokunu qazanacaq gücdədir. Finalın Avropa və Cənubi Amerika təmsilçisi arasında olacağını düşünürəm. Ancaq mənim favoritim Almaniyadır".

Xəbər 943 dəfə oxundu.