Syomin "Qəbələ"dən ayrılan futbolçunu istəyir
Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Lorenso Ebesilio karyerasını Rusiyanın "Mordoviya" klubunda davam etdirə bilər.

Saransk təmsilçisinin baş məşqçisi Yuri Syomin hollandiyalı futbolçunu komandasında görmək istəyir.

22 yaşlı futbolçu "Mordoviya"nın Türkiyədəki təlim-məşq toplanışına qoşulub. Ebesiolunun komandada qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcək.

Xatırladaq ki, daha öncə "Qəbələ"dən ayrılan İbrahima Niasse "Mordoviya" klubu ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Mordoviya" klubu yeni mövsümdən Rusiya Premyer Liqasında çıxış edəcək.

Xəbər 825 dəfə oxundu.