Əlcəzair millisi ilkə imza atdı
Əlcəzair millisi tarixində bir ilkə imza atıb.

Komanda qrupun son oyununda Rusiya ilə bərabərə qalaraq (1:1) növbəti mərhələyə yüksəlib. Bununla da Vahid Halilhodjiçin komandası tarixində ilk dəfə olaraq dünya çempionatında 1/8 finalda oynayacaq.

Qeyd edək ki, F qrupunda mübarizə aparan Əlcəzair dörd xalla qrupu ikinci pillədə tamamlayıb.

Xəbər 815 dəfə oxundu.