Lyuk Şou “Mançester Yunayted” yolunda
İngilis mətbuatının verdiyi xəbərə görə, Lyuk Şou “Mançester Yunayted” yolunda irəliləyir.

Bir neçə nüfuzlu Britaniya mətbuatının verdiyi xəbərdə qeyd olunur ki, 18 yaşlı müdafiəçi yaxın günlərdə “Mançester Yunayted”də tibbi müayinədən keçəcək.

The Telegraph, the Guardian və BBC Sport kimi nüfuzlu nəşrlərin verdiyi məlumatlara əsasən, ingilis futbolçu “Yunayted”ə keçidin bir addımlığındadır və yaxın günlərdə transfer şərtlərində tərəflər razılığa gələcək.

Qeyd edək ki, Lyuk Şounun yığma komandası Dünya Çempionatındakı çıxışını vaxtından əvvəl başa vurub. Öz gələcəyi haqda qərarları qəbul etmək üçün, əlavə vaxt qazanıb. Hazırda Lyuk Şou İngiltərədədir.

Xəbər 1250 dəfə oxundu.