Ander Errera Lui Van Qalın “Mançester Yunayted”dəki ilk rəsmi transferi oldu
“Atletiko Bilbao”nun yarımmüdafiəçisi Ander Errera, Lui Van Qalın “Mançester Yunayted”dəki ilk rəsmi transferi oldu.

Bask təmsilçiləri, “qırmızı şeytanlar”ın ilkin 29 milyonluq təklifini rədd etsədə, ikinci təklifə razılıq verib. Bununlada uzun müddətlik transfer danışıqları müsbət sonlanıb.

24 yaşlı mərkəz yarımmüdafiəçisi, klub ilə 4 illik müqavilə bağlanıb. Həmçinin müqavilədə, futbolçunun çıxışından aslı olaraq, 1 il əlavə etmə maddəsidə qeydə alınıb.

“Mançester Yunayted”-in baş məşqçinin müavini Rayan Giqs futbolçu haqda bu fikirləri bildirib: “Ander fantastik oyunçudur. Böyük yaradıcılıq və enerjisi ilə seçilir. Biz gənc parlaq futbolçu ilə müqavilə bağlamışıq. Əminəm ki, o, “Yunayted” azarkeşləri üçün böyük transfer oldu. Onun Mançesterə gəlməsini qəbul etməsi və klubumuzun şərəfini qorumağa çalışmasına görə çox şadam. Onu Amerika turunda görmək üçün səbirsizlənirəm.”

Ander Errara isə transferini belə şərh edib: “Mənim “Yunayted”ə keçmə arzum var idi. “Old Trafford”da, Avroliqa oyununda, “Atletiko Bilbao”nun heyyətində oynamışam. Bu indiyədək karyeramdakı əsas məqamlardan biridir. Mən “Yunayted”ə, klubun məqsədlərinə kömək etmək üçün qoşulmuşam. Çərşənbə axşamı bura gəlmişəm. Mançesterdə yaşayacağıma görə xoşbəxtəm və qırmızı forma ilə meydana çıxacağım günü səbrsizliklə gözləyirəm. Mən “Atletik”i heç vaxt unutmayacam. Ordakı azarkeşlərə və komanda yoldaşlarıma öz təşəkkürlərimi bildirirəm”

Qeyd edək ki, ispan yarımmüdafiəçi, karyerasına “Zaraqosa”da başlayıb. Burada o, 2011-ci ilə qədər, 82 oyunda meydana çıxıb 6 qol vurub. Ander, 2011-ci ildə “Atletik Bilbao”ya transfer olunub. Burada isə, yarımmüdafiəçi 6 qolu 89 oyunda vurub. Ander Errera yığma karyerasına isə, 2009-cu ildə İspaniya U20-də başlayıb. 2009-2011-ci illər arası isə, “U21″də, 2012-ci ildə isə “U23″ün heyyətində çıxış edib.

Xəbər 977 dəfə oxundu.