Maradona Neymar haqda xoş sözlər deyib
Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Braziliya millisinin hücumçusu Neymar haqda xoş sözlər deyib.

Maradona "goal.com"a açıqlamasında Neymarın Braziliya üçün etdiyini Argentina azarkeşlərinin də Lionel Messidən gözlədiyini bildirib:

"Neymarın Braziliya üçün etdiyini Argentina azarkeşləri Messidən gözləyir. Bəli, Neymar "Barselona"da hələ o qədər də parlamır. Ancaq gənc futbolçu Braziliya millisində uğurlu çıxışı ilə diqqət çəkir".

Xəbər 919 dəfə oxundu.