Ronaldo Qana ilə matçda oynayacaqmı?
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo DÇ-2014-də Qana ilə matçda da iştirak edəcək.

Yığmanın həkimi Enrika Yones hücumçunun bu önəmli oyunda meydana çıxmaması üçün heç bir səbəb olmadığını deyib:

"Düzdür, Ronaldonun zədəsi tam sağalmayıb. Ancaq o, fiziki cəhətdən özünü yaxşı hiss edir. Ronaldo Qana ilə görüşdə də meydana çıxacaq".

Qeyd edək ki, Portuqaliya - Qana qarşılaşması sabah baş tutacaq.

Xəbər 820 dəfə oxundu.