Zinəddin Zidan rəsmən baş məşqçi oldu
Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidan baş məşqçi olub.

Gənc mütəxəssis yeni mövsümdən "Real"ın ikinci komandası "Kastilya"nı çalışdıracaq. Bu haqda Madrid klubun rəsmi saytında məlumat yer alıb.

Qeyd edək ki, Z.Zidan ötən mövsüm "Real"ın baş məşqçisi Karlo Ançelottinin köməkçisi vəzifəsində işləyib.

Xəbər 753 dəfə oxundu.