Rəhim Həsənov Avropa Liqasının oyununda
UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində iyulun 3-də keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya) oyununu FİFA referisi Rəhim Həsənov idarə edəcək.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onun köməkçiləri Yaşar Abbasov və Rza Məmmədov olacaq.

Dördüncü hakim funksiyasını Anar Salmanov yerinə yetirəcək.

Xəbər 770 dəfə oxundu.