DÇ-2014-də daha bir məşqçi istefası
Fil Dişi Sahili millisinin baş məşqçisi Sabri Lyamuşi istefa verib.

O, komandasının Yunanıstana məğlub (1:2) olduğu oyundan sonra milli ilə başa çatan müqaviləsini yenilməyəcəyini deyib.

Qeyd edək ki, Fil Dişi Sahili Yunanıstanla heç-heçə etsəydi, tarixində ilk dəfə dünya çempionatında 1/8 finala yüksələcəkdi. Amma onlar uduzmaqla bu şansı əldən verib.

Xatırladaq ki, bundan əvvəl İtaliya millisinin baş məşqçisi Çezare Prandelli istefaya gedib.

Xəbər 826 dəfə oxundu.