“Xəzər-Lənkəran”ın məşqçilər korpusunda dəyişiklik olub
“Xəzər-Lənkəran” futbol klubunun məşqçilər korpusunda dəyişiklik olub.

Klubdan AzərTAc-a bildirmişlər ki, yeni vəzifə bölgüsünə əsasən, qapıçılar üzrə məşqçi vəzifəsində işləyən Hafiz Əliyev növbəti mövsümdən U-19 komandasını çalışdıracaqdır. Emin Quliyev isə U-19 komandasında baş məşqçinin köməkçisi vəzifəsinə təyin edilib.

Ötən mövsüm U-19 komandasının baş məşqçisi olmuş Məhərrəm Bağırzadə isə fəaliyyətini akademiyada davam etdirəcək.

Xəbər 812 dəfə oxundu.