“Dinamo” klubu iki yeni transferini təqdim etdi
Moskva “Dinamo” klubu rəsmi olaraq bu gün iki yeni transferini təqdim edib. Transferlərin biri bolqar futbolçu Stanislav Manolev idisə, digəri artıq neçə gündü adı bu klubla hallanan, “Mançester Yunayted”in hollandiyalı sol cinah müdafiəçisi Aleksandr Büttnerdi.

Yeni klubuna qoşulan və ilk məşqinə çıxan Büttner, öz fikirlərini də bölüşüb:

“Mən Çempionlar Liqasında oynamaq, kuboklar qazanmaq istəyirəm. “Dinamo”da güclü komandadır və əminəm ki, artıq bu mövsümdən ilk pillə üçün mübarizə aparacayıq. Mən Hollandiya çempionatından Cudjak və Duqlası (“Dinamo”nun futbolçuları – Reddevils.az) yaxşı tanıyıram və bilirəm ki, komandada çoxlu usta futbolçular var. Biz birlikdə uğurlar qazanmalıyıq”.

“Mən ilk dəfədir ki, Moskvadayam. İlk günlər ailəm mənim yanımda olmalıdır ki, mən tez bir zamanda bura uyğunlaşa bilim. Yaxınlarım da dünən mənimlə Moskvaya gəmişdilər, şəhərdə bir az gəzdik, restoranda şam etdik. Təəssüratlarım çox əladır. Bazada şərtlər də yaxşıdır: gözəl hovuz, trenojor ailəsi, əla meydan. Mən sevinirəm ki, “Dinamo”dayam!”.

Qeyd edək ki, Aleksandr Büttner yeni klubunda 3 nömrəli forma ilə çıxış edəcək.

Xəbər 1146 dəfə oxundu.