"Tiraspol" - "İnter" matçının başlama saatı açıqlandı
Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Tiraspol" - "İnter" matçının başlama saatı bəlli olub.

"Şerif" klubunun "Maloy Arena" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 3-də Moldovada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

Xəbər 795 dəfə oxundu.