Vidal: "1/8 finalda Braziliyanı məğlub edə bilərik"
Çili yığmasının yarımmüdafiəçisi Arturo Vidal "DÇ-2014"ün 1/8 finalında qarşılaşacaqları Braziliya ilə oyun haqda danışıb.

Təcrübəli futbolçu FİFA-nın rəsmi saytına açıqlamasında Braziliyanı məğlub edə biləcəklərini bildirib:

"Braziliya ilə oyunda qələbə qazana bilərik? Niyə də yox. Bu, bizim əsas məqsədimizdir. Çili rəqibini təəccübləndirə bilər".

Qeyd edək ki, Braziliya - Çili oyunu iyunun 28-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 793 dəfə oxundu.