Rio “KPR” ilə razılığa gəldi
BBC xəbər portalının verdiyi məlumata görə, Rio “KPR” ilə razılığa gəlib.

Rio “Mançester Yunayted”dən gələcək təklifə açıq olduğunu, “Old Trafford”dan getməyin ağır və kədərli olduğunu demişdi. O, “Yunayted”də karyerasına davam etmək istəyirdi.

Rio Ferdinandın qardaşı, Anton Ferdinandın Türkiyəyə gedişindən sonra, Rio artıq 2 il idi ki, “KPR”in planlarına daxil edilirdi. 35 yaşlı mərkəz müdafiəçisinin, bu günlərdə “KPR” ilə sazişin bağlanılması gözlənilir. Harri Reddnapın bu transferdə israrlı olduğu, ingilis mətbuatında qeyd olunur.

Devid Moyesin “Mançester Yunayted”in başına keçdikdən sonra, Rio zədə səbəbi ilə son mövsümü demək olar ki, oynaya bilmədi. Lui Van Qalın gəlişindən sonra isə, holland mütəxəssisin müdafiəçiyə yeni müqavilə təklif etməmək qərara alıb. Van Qal bununlada, müdafiənin mərkəzinə daha cavan futbolçular gətirib gücləndirmək fikrindədir.

Rio Harri Reddnapın başçılığı altında 1996-cı ildə, “Uest Hem Yunayted”də karyerasına başlamışdı. 4 il bu mütəxəssisin başçılığı altında forma geyindikdən sonra, “Lids Yunayted”ə transfer olunmuşdu. O, 2002-ci ildə Ser Aleks Ferqusonun, “Yunayted”in heyətindəki boşluqları doldurmaq üçün “Lids Yunayted”dən gətirilmişdi. O vaxt üçün rekord məbləğdə transfer olunan Rio Ferdinand hazırda da, İngiltərədə ən bahalı transfer olunmuş müdafiəçi kimi qala bilib. “Mançester Yunayted”, Rio üçün 29.1 milyon funt sterlinqindən keçməli olmuşdu.

12 ildir “Mançester Yunayted”in şərəfini qoruyan və klubun əfsanələri içinə daxil olan müdafiəçi, ümmulikdə “qırmızı şeytan”ların heyətində 455 dəfə meydana çıxıb, 8 dəfə fərqlənə bilmişdi.

Xəbər 1045 dəfə oxundu.