DÇ-2014 “Mançester Yunayted” futbolçuları üçün uğurlu oldu
DÇ-2014-də növbəti gün də “Mançester Yunayted” futbolçuları üçün fərdi və komanda baxımından uğurlu oldu.

Xuan Mata və David De Heanın formasının geyindiyi İspaniya millisinin qrupda qalması, artıq ikinci turdan bəlli idi. Gözləmək olardı ki, ispanların baş məşqçisi Visente Del Boske, hər iki futbolçunu Avstraliya ilə oyunda meydana buraxacaq. Amma baş məşqçi yenə də hər iki futbolçunu ehtiyatda saxladı. Buna baxmayaraq oyunun 56-cı dəqiqəsində meydana daxil olan Xuan Mata, 82-ci dəqiqədə topu qapıçının ayaqları arasından tora göndərməyi bacarıb. De Hea isə dünya çempionatın ilə debüt etmədən vidalaşdı.

Xavier Ernandez də dünya çempionatında qol hesabını açmağı bacarıb. Miqel Errare (Meksikanın baş məşqçisi – Reddevils.az) bu dəfə də Xavier Ernandezi ehtiyatda saxlayıb və bu dəfə futbolçumuz meydana sonradan daxil olub. Amma digər iki oyundan fərqli olaraq, Xorvatiya ilə matçda “Çiçarito” qol vura bilib. 3-1 hesabı ilə bitən qarşılaşmada Meksikaın sonuncu qolunda adını tabloya yazdıra bilib. Bununla da Meksika qrupda ikinci pilləni tutaraq, pley-off mərhələsinə yüksəlib.

Növbəti mövsümdən “Mançester Yunayted”in başına keçəcək Lui van Qal, rəhbərlik etdiyi Hollandiya millisi ilə qrupu 9 xalla bitirməyi bacarıb. “Qırmızı şeytanlar” və “narıncılar”ın hücumçusu Robin van Persi, cəza səbəbindən matçı buraxmalı olmuşdu. Hollandiya millisi bu dəfə Çili millisi üzərində 2-0 hesablı qələbə qazanıb. Sonuncu qolu “Mançester Yunayted”ə keçmək istədiyini bildirən Memfis Depay vurub.

Qeyd edək ki, 1/8 finalda Xavier Ernandezli Meksika millisi ilə, Lui van Qalın baş məşqçi, Robin van Persinin kapitanı olduğu Hollandiya millisi qarşılaşacaq.

Xəbər 818 dəfə oxundu.