Niko Kovaç: "Meksika qələbəyə layiq idi”
Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç DÇ-2014-də Meksikaya məğlub (1:3) olaraq mundialda mübarizəni dayandırdıqları oyundan sonra fikirlərini bildirib.

Gənc mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib:

"Meksika yaxşı oynadı və layiqli qələbə qazandı. İlk qol matçın taleyini həll etdi. Birinci qoldan sonra ancaq hücum etmək məcburiyyətində qaldıq. Meksikanın bu turnirdə güclü azarkeş dəstəyi var. Hər oyunda qırx minə yaxın insan onları stadionda dəstəkləyir".

Xəbər 981 dəfə oxundu.