"DÇ-2014"ün 100-cü qolu Neymardan gəldi
Braziliya millisinin hücumçusu Neymar "DÇ-2014"ün tarixinə düşüb.

Gənc futbolçu Kamerunla görüşdə fərqlənməklə mundialın 100-cü qoluna imza atıb.

Bu görüşdə dubl edən Neymar eyni zamanda bombardirlər sırasında liderliyə yüksəlib. Aktivində 4 qolu olan 22 yaşlı futbolçu bombardirlər siyahısına başçılıq edir.

Qeyd edək ki, Kamerun - Braziliya oyunu 1:4 hesabı ilə Cənubi Amerika təmsilçisinin xeyrinə başa çatıb.

Xəbər 764 dəfə oxundu.