“Bakı” vahid liderdir

Dünən qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, bu dəfə meydana 4 komanda çıxıb, digər 3 klub isə istirahət edib. Mübarizəyə ilk “Azəryolservis” və– “Azərreyl” qoşulublar. Bu komandalar bir-birinin bazası olduğundan, bir o qədər də maraqlı qarşılaşma alınmayıb. Mövsümdə debüt edən “Azərreyl” rəqibini çətinlik çəkmədən məğlubiyyətə uğradıb.
Günün digər oyununda “Bakı” “İqtisadçi”nı məğlub etməklə, ardıcıl ikinci qələbəsini qazanıb. İlk turda “Lokomotiv”i üstələyən “Bakı” “universitet komandası”na bir set belə verməyib.

II tur

“Azəryolservis” – “Azərreyl” - 1:3 (16:25, 19:25, 25:19, 18:25)
Hakimlər: Vüqar Cəfərov, Səbuhi Əliyev
Bakı İdman Sarayı

“Bakı” – “İqtisadçı” - 3:0 (25:20, 29:27, 25:20)
Hakimlər: Eldar Zülfüqarov, Murad Abdurahmanov
Bakı İdman Sarayı


O Q M S T X

1.«Bakı» 2 2 0 6-0 154:130 4
2.«Rabitə» 1 1 0 3-0 75:43 2
3.«Azərreyl» 1 1 0 3-1 94:78 2
4.«İqtisadçı» 2 1 1 3-4 162:174 2
5.«Lokomotiv» 1 0 1 0-3 63:75 0
6.«Lokomotiv Biləcəri» 1 0 1 0-3 43:75 0
7.«Azəryolservis» 2 0 2 2-6 173:189 0

Xəbər 1268 dəfə oxundu.