Suares "Liverpul"dan getmək qərarı verdi
"Liverpul" klubunun hücumçusu Luis Suares komandadan ayrılacağı ilə bağlı qərarını verib.

Uruqvaylı futbolçu karyerasını İspaniya La Liqasında davam etdirmək niyyətindədir.

Hazırda 27 yaşlı futbolçu ilə "Real" (Madrid) və "Barselona" klubları yaxından maraqlanır. Əgər Suares adı çəkilən iki komandadan birinə keçərsə, bu transfer həmin kluba 80 milyon avroya başa gələcək. Artıq Kataloniya təmsilçisi qiymətin aşağı salınması ilə bağlı futbolçunun meneceriylə danışıqlara başlayıb. "Real"ın baş məşqçisi Karlo Ançelotti də Suaresi komandasında görmək istəyir. İtaliyalı mütəxəssis eyni zamanda komandanın hücumçusu Kərim Benzemaya güclü rəqibin olmağına çalışır.

Qeyd edək ki, 2011-ci ildən "Liverpul"un şərəfini qoruyan Suares keçirdiyi 110 oyunda 69 qola imza atıb.

Xəbər 852 dəfə oxundu.