Lempard İngiltərə millisində son oyuna çıxır
Frank Lempard sabah İngiltərə millisində son matçına çıxacaq.

Təcrübəli yarımmüdafiəçi DÇ-2014-də Kosta- Rika ilə görüşdən sonra yığmadakı karyerasını başa vuracaq.

F.Lempard bu görüşdə meydana komandanın kapitanı kimi çıxacaq. Yığmanın baş məşqçisi Roy Hocson futbolçunun yığmadakı sonuncu oyununda kapitan olacağını deyib.

Qeyd edək ki, İngiltərə millisinin kapitanı Stiven Cerrarddır.

Xəbər 989 dəfə oxundu.