Mirça Rednik “Xəzər Lənkəran”ın tarixinə düşdü

Mirça Rednik “Xəzər Lənkəran”ın tarixinin 2-ci baş məşqçisi olub. İdman.com.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, rumıniyalı mütəxəssis ötən ilin iyulundan rəhbərlik etdiyi komandanı meydana çıxardığı oyunların sayında irəliləyib. Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyun Rednikin cənub təmsilçisinin baş məşqçisi postunda 55-ci matçı olub. Bununla da təcrübəli çalışdırıcı 54 oyunda iş başında olan türkiyəli həmkarı Rasim Qaranı arxada qoyub. İndi Rednik bu göstəricidə yalnız Ağasəlim Mircavadovdan geri qalır. “Xəzər Lənkəran”ın tarixində ən yaxşı baş məşqçisi 119 görüşə çıxıb.

Xəbər 1123 dəfə oxundu.