Belçika 1/8 finalda, Portuqaliya ABŞ-la bərabərə qaldı
Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Bu gün daha 3 qarşılaşma keçirilib.

H qrupunda Belçika Rusiya millisinə 1:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

Qrupun digər matçında Cənubi Koreya və Əlcəzair yığmaları münasibətlərinə aydınlıq gətirib. Oyun Afrika təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 4:2

G qrupunda isə bir oyun baş tutub. ABŞ və Potuqaliya yığmaları üz-üzə gəlib. Oyunda hesabı avropalılar açsa da, ABŞ millisi əzmkar oyunu ilə hesabı 2:1 öz xeyrinə dəyişə bilib. Görüşün son saniyələrində isə portuqaliyalılar bərabərlik qolunu vurmağı bacarıb. Qeyd edək ki, Paulo Bentunun komandası bu görüşdə məğlub olsaydı, qrupdan çıxmaq şansını itirəcəkdi.

22 İyun

G qrupu

03:00. ABŞ - Portuqaliya - 2:2
Qollar: Nani, 5 (0:1), Cons, 64 (1:1), Demsi, 82 (2:1), Varela, 90+5 (2:2)

Xəbər 799 dəfə oxundu.