Lui van Qal: "Çili qarşılaşacağımız ən çətin rəqibdir"
Hollandiya millisinin baş məşqçisi Lui van Qal DÇ-2014-də Çili ilə matç öncəsi mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis Çiliyə qarşı oyunun onlar üçün çətin olacağını deyib:

"Çili qarşılaşacağımız ən çətin rəqibdir. Çox yaxşı komandaları var. Onlar mübariz və hücumda oynayan komandalardan biridir. Bizi çətin oyun gözləyir".

Van Qal bildirib ki, qələbə qazanaraq qrupu lider kimi tamamlamaq istəyirlər:

"Növbəti mərhələdə hansı komanda ilə qarşılaşacağımız önəmli deyil. Rəqibimizin kimliyindən asılı olmayaraq qalib gəlməliyik. Dünya kubokunda iştirak edən bütün komandalar güclüdür".

Qeyd edək ki, Hollandiya - Çili matçı bu gün saat 21:00-da başlayacaq.

Xəbər 885 dəfə oxundu.