"Barselona" "Real"a rəqib oldu
Uruqvay millisinin və "Liverpul"un futbolçusu Luis Suares İspaniyanın daha bir nəhəng klubunun maraq dairəsindədir.

"Real"ın ardından "Barselona" klubu da hücumçunu transfer etmək istəyir.

Qəzet yazıb ki, təzminat qiyməti 85 milyon avro olan oyunçunun transferini Kataloniya klubu 65 milyon avroya bitirmək istəyir.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın bombardiri olan Suaresin "Liverpul"la 2018-ci ilə qədər müqaviləsi var.

Xəbər 747 dəfə oxundu.