Luis Pinto: "Hamı Kosta-Rikanın zəif rəqib olduğunu düşünürdü"
Kosta-Rika millisinin baş məşqçisi Luis Pinto İtaliya ilə oyun öncəsi mətbuat konfransı keçirib.

O, Uruvayla matçdakı kimi oynamağa çalışacaqlarını deyib:

"İtaliyanın güclü rəqib olduğunu bilirik. Ancaq bu görüşdə də Uruqvayla qarşılaşmada olduğu kimi yaxşı oynayacağımıza əminik.Turnir başlamadan əvvəl hər kəs bizim ən zəif komanda olduğumuzu və finalda İspaniya ilə Braziliya qarşılaşacağını düşünürdü.Ancaq bu, daha mümkün deyil. Ölüm qrupunda olduğumuzun fərqindəyik. İtaliya ilə görüşdə daha yaxşı oyun nümayiş etdirməyə çalışacağıq".

Xəbər 922 dəfə oxundu.