Zakkeroni: "Son nöqtəni qoya bilmədik"
"Biz bu oyunun qalibi olmalı idik. Bütün həftə ərzində bunun üçün məşq etmişdik. Rəqibin bir nəfər azlıqda qalmasını nəzərə alaraq oyun ərzində bir neçə yerdəyişmə etdik, qol vurmağa çalışdıq. Ancaq bütün cəhdlərimiz uğursuz alındı".

Bu sözləri Yaponiya millisinin baş məşqçisi Alberto Zakkeroni Yunanıstanla oyundan (0:0) sonra FİFA-nın rəsmi saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis komandasının rəqibdən tam üstün olduğunu bildirib: "İkinci hissədə topa nəzarət təxminən 70 faiz bizdə idi. Oyunu tam ələ almışdıq. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Yaxşı hazırlaşıb növbəti oyunda qalib gəlməliyik".

Xəbər 912 dəfə oxundu.