Honda: "Sona qədər mübarizə aparacağıq"
Yaponiya millisinin kapitanı Keysuke Honda DÇ-2014-ün C qrupunda Yunanıstanla bərabərə qaldıqları (0:0) oyunu şərh edib.

28 yaşlı yarımmüdafiəçi qələbə qazana bilmədikləri üçün məyus olduqlarını deyib:

"İndiyə kimi oynadığımız hər iki matçda da qələbə qazanmalı olduğumuzu bildirik. Amma bunu bacarmadıq. Meydandan üç xalla ayrılmadıqdan sonra hücumda oynamağımızın bir mənası yoxdur. Yunanıstan hər zamankı kimi oynadı. Fil Dişi Sahili ilə matçda qələbə onların qrupdan çıxmağı üçün yetərli olan bilər. Ancaq biz də növbəti mərhələtə yüksəlmək üçün sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, Yaponiya qrupda son matçını Kolumbiyaya qarşı keçirəcək.

Xəbər 820 dəfə oxundu.