Balotelli: "Fərdi mükafatları düşünmək vaxtı deyil"
"Hazırda bütün diqqətimi dünya çempionatına yönəltmişəm. Kosta Rika ilə oyuna hazırlaşırıq. Rəqibin bir neçə oyununun videoyazısını izləmişik. Kosta Rika güclü komandadır. Onlara hörmətlə yanaşmalıyıq və oyuna 200 faiz hazır olmalıyıq".

Bu sözləri İtaliya millisinin hücumçusu Mario Balotelli "Football İtalia"ya açıqlamasında deyib.

Balotelli milli komandada daha çox qol vurmaq istədiyini bildirib: "Yığmada daha çox qol vurmaq istəyirəm. Ancaq Kosta Rika ilə oyunda əsas olan nəticədir. Kosta Rikanın Uruqvayı məğlub etməsinə təəccüblənmədim.

Ümid edirəm ki, bu dünya çempionatı İtaliya üçün uğurlu alınacaq. Komandama kömək etmək istəyirəm, mundialın ən yaxşı futbolçusu olmağımın önəmi yoxdur. Əlbəttə, hər kəs fərdi mükafatlar haqda düşünür, amma hazırda bunun vaxtı deyil".

Xəbər 914 dəfə oxundu.