"İnter" "Şturm"a qalib gəldi
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” bu gün Avstriyada ikinci yoxlama oyununu keçirib.

Kaxaber Sxadadzenin komandası Avstriyanın “Şturm" klubu ilə qarşılaşıb.

Bakı vaxtı ilə 21:30-da başlayan oyun "İnter"in qələbəsi ilə başa çatıb - 3:2.

Qeyd edək ki, “İnter” Avstriya toplanışında ilk yoxlama oyununu Avstriyanın aşağı dəstə komandası “Buxşaxen”ə qarşı keçirib və 5:0 hesabı ilə qalib gəlib.


19 iyun

Yoxlama oyunu

21:30. “Şturm” (Avstriya) – “İnter” (Azərbaycan) - 2:3

Xəbər 833 dəfə oxundu.