Mourinyo: "İspaniya bunu haqq etdi"
"Mənim üçün sürpriz İspaniyanın hər iki oyunda eyni taktika ilə oynaması idi. İspanlar iki dəfə Avropa, bir dəfə dünya çempionu olublar. İndi isə onlar qrupdan çıxa bilmədilər".

Bu sözləri "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo "Yahoo Sports"a açıqlamasında deyib.

Portuqaliyalı mütəxəssis İspaniyanın mundialla erkən vidalaşmağı haqq etdiyini bildirib: "İspaniya iki layiqli məğlubiyyət aldı və mundialı tərk edirlər. Onlar buna layiq idilər. Çili yığmasının oyunu məni yaxşı mənada təəccübləndirdi. Biz İspaniyanı tənqid etməməliyik, Çili millisini tərifləməliyik. Onlar çox yaxşı oyun nümayiş etdirdilər. İspaniyanın qələbədən yorulması fikri ilə razı deyiləm. Qələbədən yox, məölubiyyətdən yorulurlar. Sadəcə komandalar artıq İspaniyaya qarşı necə oynamaq lazım olduğunu öyrəniblər".

Qeyd edək ki, "DÇ-2014"dəki ikinci matçında Çiliyə 0:2 hesabı ilə məğlub olan İspaniya qrupdan çıxmaq şansını tamamilə itirib.

Xəbər 864 dəfə oxundu.