“Mançester Yunayted” dünya çempionatında
Futbol üzrə “Mançester Yunayted”in futbolçuları çıxışlarını davam etdirillər.

Luiş Naninin şərəfini qoruduğu Portuqaliya yığması, Almaniya millisi tərəfindən 0-4 hesabı ilə darmadağan olunub. Nani 90 dəqiqə meydanda olduğu müddətdə, komandasına heç bir kömək edə bilməyib.

Maruan Fellayni və Adnan Yanuzay Belçika millisinin Əlcəzairlə oyununda start heyətdə meydana buraxılmamışdı. Buna baxmayaraq, oyunun 65-ci dəqiqəsində Musa Dembeleni əvəzləyən Fellayni, cəmi 5 dəqiqə sonra başla gözəl qola imza atıb. Bərabərlik qolun müəllifi, meydanda olduğu müddət ərzində xeyli fəallıq göstərib. Yanuzay isə oyunu ehtiyat oyunçular skamyasında başa vurub.

Xavier Ernandes Brazilya millisinə qarşı 74-cü dəqiqədən etibarən mübarizəyə qoşulub. Peraltanı əvəzləyən futbolçu, meydana daxil olan andan fəallığı ilə seçilib. Oyun 0-0 hesabı ilə başa ç

Xəbər 871 dəfə oxundu.