Sneyder “Mançester Yunayted”ə keçmə ehtimalından danışdı
Sky Sports-un məlumatına görə, Hollandiya millisinin yarımmüdafiəçisi Uesli Sneyder, “Mançester Yunayted”ə keçmə ehtimalı haqqında danışıb.

“Hollandiyada van Qalı məktəb direktoru hesab edirlər. Hamının bəxti gətirmir ki, ona məxsus olan yaxşıların siyahısına daxil ola bilsin. O oyunçuları çox səylə çalışdırır və onlardan maksimumunu istəyir”.

“Mən “Qalatasaray”da oynamağıma görə xoşbəxtəm. Amma van Qaldan mənə transfer təklifi gələrsə, mən ən azı bu haqda fikirləşəcəm. Heç bir hollandiyalı van Qala asan şəkildə etiraz edə bilməz”.

Xəbər 837 dəfə oxundu.