“Rabitə”dən uğurlu start

Dünən qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun son görüşləri baş tutub. İdman.com.az saytının məlumatına görə, “Rabitə” klubu da Fransa təmsilçisi ilə qarşılaşıb. Bakıda “Sərhədçi” Olimpiya İdman Mərkəzində “Myulhaus” komandasını qonaq edən ölkə çempionu, starta qələbə ilə başlayıb. Əvvəldən sonadək üstün oyun nümayiş etdirən “rabitəçilər” rəqibinə şans verməyiblər.

“Rabitə” (Azərbaycan) – “Myulhaus” (Fransa) - 3:0 (25:15, 25:13, 25:21)
Hakimlər: Tomas Murolo (Estoniya), Dusan Hudona (Slovakiya)

Xəbər 1198 dəfə oxundu.