İspaniya yığmasının heyətində dəyişikliklər gözlənilir
İlk oyunda böyük biabırçılıqla üz-üzə qalan İspaniya yığmasının heyətində dəyişikliklər gözlənilir. Baş məşqçi Visente Del Boske Hollandiya ilə oyundan sonra da buna eyham vurmuşdu. Bu gün keçiriləcək Çili qarşılaşmasına komanda məhz bir neçə əvəzetmə ilə çıxacaq. Ötən oyun müdafiədəki səhvlərinə görə tənqid atəşinə tutulan Jerard Pike ehtiyata göndərilib. Onun əvəzinə müdafiənin mərkəzində Xavyer Martinesin yer alması gözlənilir.

Daha bir dəyişiklik isə hücum xətti ilə bağlıdır. Hollandlarla qarşılaşmada sonradan meydana çıxan Pedro bu dəfə ilk dəqiqələrdən heyətdə olacaq. Onun yanında Dieqo Koşta ilə İnyestanın oynaması gözlənilir. İspanların bu matçda aşağıdakı heyətlə oynayacağı gözlənilir: Kasilyas, Aspilikueta, Ramos, Alba, Martines, Xavi, Buskes, Xabi Alonso , İnyesta, Dieqo Koşta və Pedro.

Əlavə edək ki, son və dəqiq heyəti Del Boske hamıdan gizlədir. İspanların hansı 11-liklə meydana çıxacağı oyundan əvvəl məlum olacaq.

Xəbər 683 dəfə oxundu.