Van Persi: "Avstraliya ilə oyun oldu"
Hollandiya millisinin hücumçusu Robin van Persi "DÇ-2014"də qalib gəldikləri Avstraliya ilə oyun (3:2) haqda danışıb.

Təcrübəli futbolçu "Reuters" agentliyinə açıqlamasında bu qələbəyə görə çox şad olduğunu bildirib:

"Dünya çempionatı ən yaxşı turnirdir. Burada ən yaxşı futbolçular toplanır. Avstraliya ilə oyun çox çətin alındı. Qələbə qazandığımız üçün çox şadam. Xüsusilə ona görə ki, növbəti oyunda meydana çıxa bilməyəcəm".

Qeyd edək ki, van Persi mundialın iki görüşündə sarı vərəqə ilə cəzalandırıldığı üçün Çili ilə matçı buraxmalı olacaq.

Xəbər 882 dəfə oxundu.