Halk: "Ehtiyatda qalmağım baş məşqçinin qərarı idi"
Braziliya millisinin hücumçusu Halk dünən Meksika ilə görüşdə oynamamasına aydınlıq gətirib.

"SambaFoot"a danışan təcrübəli futbolçu meydana çıxmamasının baş məşqçinin qərarı ilə bağlı olduğunu bildirib:

"Zədəm yoxdur. Ehtiyatda qalmağım baş məşqçinin qərarı idi. Təbii ki, meydana çıxmaq istərdim. Lakin baş məşqçinin qərarına hörmətlə yanaşıram".

Qeyd edək ki, Braziliya - Meksika oyunu 0:0 hesabı ilə başa çatıb.

Xəbər 943 dəfə oxundu.