Para-taekvondo üzrə milli komandamız dünya çempionatına yollanır
Təlim-məşqləri başa vuran Para-taekvondo üzrə milli komandamız bu gün dünya çempionatına yollanır. Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək mundialda 40-a yaxın ölkənin idmançıları mübarizəyə qatılacaq. 20-21 iyun tarixlərində təşkil edilən 5-ci dünya çempionatında komandamız 14 idmançı ilə təmsil olunacaq.

Baş məşqçisi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərov, rəhbərlik etdiyi milli komandanın üzvləri Rövşən Qəhramanlı (-61 kg) ), Anar Hüseynov (-61 kg), Sarvan Məmmədov (-61 kg), İmaməddinXəlilov (-61 kg), Rəhman Ələkbərov (-61 kg), Nicat Müslümov (-75 kq), Əbülfəz Abuzərli (-75 kq), Rövşən Rzayev (-75 kg), Hüseyn Həsənov (-75 kq), Aleksandr Poluşuk (+75 kg), Vüsal İsmayılov (+75 kg) və Vüqar Adışirinov (+75 kg), həmçinin Bahar Şıxəliyeva (-49 kg) və Aynur Məmmədova (-58 kg) etimad göstərib.

Xatırladaq ki,Para-Taekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi iki dəfə isə dünya ikincisi olmaqla yüksək göstəricilərdə liderlər arasındadır.İdmançılarımız yarışdan 23 iyun tarixində dönəcəklər.

- See more at: http://taekwondo.az/index.php?page=sp&id=294#sthash.3v13VTtG.dpuf

Xəbər 993 dəfə oxundu.