“Bakı” inamla irəliləyir

Qadın voleybolçulardan ibarət “Bakı” klubu dünən “Çelenc Cup” turnirində növbəti matçına çıxıb. İdman.com.az saytı xəbər verir ki, ilk mərhələdə “Famaqusta”nı (Kipr) məğlub edən paytaxt təmsilçisi, bu dəfə Fransanın “Evre” kluba qalib gəlib. Bakı İdman Sarayında baş tutan 1-ci görüşdə Ancelo Vercesinin komandası gözəl oyun nümayiş etdirib və səfər qarşılaşması öncəsi üstünlük qazanıb.
Qeyd edək ki, “Çelenc Cup”da digər təmsilçimiz “Lokomotiv” komandası Macarıstan “Vaşaş”ını səfərdə 3:0 hesabı ilə məğlub edib.

II təsnifat mərhələsi

İlk oyun

“Bakı” (Azərbaycan) – “Evre” (Fransa) - 3:1 (25:15, 18:25; 25:20; 25:11)
Hakimlər: Dəniz Dəmir (Türkiyə), Nikulae Stan (Rumıniya)
Bakı İdman Sarayı

Xəbər 1010 dəfə oxundu.