Mədətov Əkrəm Əliabas oğlu
Mədətov Əkrəm Əliabas oğlu 10 iyul 1939-cu ildə Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Voleybol idman növü ilə məşğul olub. «Məhsul» KKİC-nin Respublika şurasında təlimatçı kimi işə başlayıb. 1969-1985-ci illər ərzində kütləvi təşkilat və kadr şöbəsinin müdiri vəzifəsində çalışıb. Hal-hazırda Respublika şurasının sədr müavini vəzifəsində işləyir. Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1485 dəfə oxundu.