Lyuk Şou üçün danışıqlar yenidən bərpa oluna bilər
“Southempton”un yeni baş məşqçisi Ronald Kuman təyin olunandan sonra, Lyuk Şounun “Mançester Yunayted”ə keçidi üçün danışıqların yenidən bərpa olunması gözlənilir.

“Müqəddəslər”in rəhbərliyi bildirmişdi ki, kluba yeni baş məşqçi gəlməyincə, heç bir transfer danışığı olmayacaq. 51 yaşlı holland mütəxəssisin kluba gəlişindən sonra, Şou üçün transfer danışıqlarının davam edəcəyi deyilir.

The Daily Mail xəbər verir ki, “Southempton” rəhbərliyi Lyuk Şou və Adam Lallananın Dünya çempionatından qayıdacağını gözləyir ki, futbolçuları klubda saxlamağa çalışsın. Amma, çox güman hər iki futbolçu klubu tərk edəcək.

Xəbər 1005 dəfə oxundu.