"Qalatasaray"ı daha bir italiyalı çalışdıra bilər
Türkiyənin "Qalatasaray" klubunu yeni mövsümdən Massimiliano Alleqri çalışdıra bilər.

Roberto Mançini ilə yolları ayıran İstanbul təmsilçisi boş qalmış baş məşqçi vəzifəsinə italiyalı mütəxəssisi gətirməyi planlaşdırır.

Artıq bununla bağlı "Qalatasaray" M.Alleqriyə illik 1.7 milyon avro qazanacağı təklif göndərib. Klub çalışdırıcı ilə danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, M.Alleqri son olaraq "Milan"da baş məşqçilik edib.

Xəbər 874 dəfə oxundu.