Sneyder: "Avstraliya ilə oyun asan olmayacaq"
Hollandiya millisinin futbolçusu Uesli Sneyder "DÇ-2014"də Avstraliya matç öncəsi fikirlərini bildirib.

O, bu oyunun onlar üçün çox çətin keçəcəyini deyib:

"Avstraliyanı məğlub edib xalımızı 6-ya yüksəltməyə çalışacağıq. Amma bu, bizim üçün asan olmayacaq. Çünki bundan əvvəl onları heç bir zaman məğlub etməmişik. İspaniyaya 5:1 hesabı ilə qalib gəldikdən sonra hər kəs Avstraliyanı çox asan məğlub edəcəyimizi düşünür".

Qeyd edək ki, Avstraliya - Hollandiya oyunu bu axşam, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 989 dəfə oxundu.