"Rusiyanın qol vurmağına icazə verdik"
"Li Qın Xonu meydana buraxmağı planlaşdırdım, çünki Rusiyanın mərkəz müdafiəçiləri çox yavaş idilər və onların ikinci hissədə yorulacaqlarını bilirdim. O, öz işinin öhdəsindən layiqincə gəldi və qol vurdu".

Bu sözləri Cənubi Koreya yığmasının baş məşqçisi Xon Men Bo "DÇ-2014"də qarşılaşdıqları Rusiya ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis rəqibi yaxşı öyrəndiklərini bildirib: "Qana məğlubiyyəti önəmli deyil. Bu, sadəcə təlim-məşq toplanışının bir hissəsi idi. Biz oyun ritmini qurduq və bu işə yaradı. Rəqibi yaxşı öyrənmişdik. Lakin ikinci hissədə qapımızda təhlükə yaranmışdı. Biz topu saxlamağa çalışdığımız halda, ruslar əks hücumlara çıxırdılar. Bu, onların güclü tərəfidir. Rəqibin qol vurmağına icazə verdik. Halbuki, bizi qələbə qane edirdi. Artıq Əlcəzairlə oyunu düşünməliyik".

Qeyd edək ki, Rusiya - Cənubi Koreya matçı 1:1 hesabı ilə başa çatıb.

Xəbər 825 dəfə oxundu.