Meksikanın qapıçısı: "Karyeramda ən yaxşı oyunum oldu"
"Çox çətin oyun oldu. Braziliyanın ev sahibliyi etdiyi yerdə matç oynamaq heç də asan deyil. Komandam çox yaxşı müdafiə olundu və bizim üçün çox vacib olan bir xalı qazandıq".

Bu sözləri Meksika millisinin qapıçısı Qilyerma Oçoa "DÇ-2014"də Braziliya ilə oyundan (0:0) sonra deyib.

Sözügedən qarşılaşmada möhtəşən qurtarışları ilə diqqət çəkən qolkiper öz çıxışını da dəyərləndirib: "Futbolçu karyeram ərzində ən yaxşı oyunum oldu. Braziliya qarşısında dünya çempionatında qapını toxunulmaz saxlamaqdan yaxşı bir şey yoxdur. Mənim üçün ən çətin Neymarın başı ilə vurduğu zərbə oldu".

Xəbər 792 dəfə oxundu.