AZAL-dan növbəti rəsmi transfer
Yeni mövsümə hazırlaşan AZAL heyəti gücləndirməkdə davam edir.

İdman.com.az-ın klubun saytına isitnadən yaydığı xəbərə görə, Tərlan Əhmədovun komandası artıq yay failəsində 4-cü keçidini rəsmiləşdirib.

Buna qədər Asif Mirili, Eltun Yaqublu və Təmkin Xəlilzadənin keçidini həll etmiş “təyyarəçilər” bu dəfə Novruz Məmmədovu sıralarına qatıb.

Qeyd edək ki, müqavilə ilə “Rəvan”a məxsus olan müdafiəçi 1 illiyə icarəyə götürülüb.

Xəbər 829 dəfə oxundu.