"İnter" Avstriya klubunu darmadağın etdi
Avstriyada təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu yoxlama oyununda qüvvəsini sınayıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yerli "Buhşaxen" klubu ilə qarşılaşan komandamız rəqibini 5:0 hesabı ilə darmadağın edib.

Qollardan ikisini "İnter"in yeni transferi Mirzağa Hüseynpur vurub. Baçana Sxadadze, Arif Daşdəmirov və Dieqo Madriqal isə hərəyə bir dəfə fərqlənib.

Qeyd edək ki, iyunun 19-da "İnter" növbəti yoxlama matçına çıxacaq. Kaxaber Sxadadzenin komandası bu oyunda Avstriyanın "Şturm"(Qraz) klubu ilə üz-üzə gələcək.

Xəbər 812 dəfə oxundu.