"Qəbələ"nin bütün rəqibləri bəlli oldu
Sloveniyada təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin hazırlıq prosesi boyunca keçirəcəyi oyunların tarixi və rəqibləri dəqiqləşib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ilk matçda Sloveniyanın III liqa təmsilçisi "Stoynitsa"nı 1:0 hesabilə məğlub edən "qırmızı-qaralar" adıçəkilən ölkədə daha 3 oyun keçirəcək:

18 iyun - "Koper" (Sloveniya)

21 iyun - "Botev" (Bolqarıstan)

26 iyun - "Maribor" (Sloveniya)

Xatırladaq ki, "Koper" və "Botev" 2013-2014 mövsümündə ölkələrini Avropa Liqasında, "Maribor" isə Çempionlar Liqasında təmsil edəcək.

Xəbər 821 dəfə oxundu.