Messi: "İspaniyanın belə hesabla uduzacağını gözləmirdim"
Argentina millisinin futbolçusu Lionel Messi "DÇ-2014"də çıxışını ən çox bəyəndiyi yığmaların adını açıqlayıb.

O, indiyə kimi ən çox Hollandiya və Almaniyanın uğurlu çıxış etdiyini deyib.

Messi Hollandiyanın son dünya çempionu İspaniyaya 5:1 hesabı ilə qalib gəlməsini gözləmədiyini də bildirib:

"DÇ-2014"də indiyə kimi ən yaxşı komandalar Hollandiya və Almaniyadır. Ancaq növbəti matçlarda nələrin olacağını bilmək olmaz. Hələ əsl gücünü göstərməyən bir komanda ölkə var".

Xəbər 805 dəfə oxundu.