“Respublika günü” nə həsr olunmuş mini futbol üzrə rayon turniri
Mayın 27-də 2 saylı tam orta məktəbin idman meydançasında “Respublika günü”nə həsr olunmuş 1999-2000, 2001-2002 və 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında mini futbol üzrə rayon turniri keçirilib.

14 komandanın iştirakı ilə keçirilən yarşda müvafiq yaş qrupları üzrə birinci yerə “Qarabağ” (Şəhər 2 saylı tam orta məktəb), “Fırtına” (5 saylı) və “Aslanlar” (2 saylı) komandaları layiq görülüblər.

Sonda qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplom və kuboklarına layiq görülüblər.

Xəbər 879 dəfə oxundu.